Belarusda Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin (H-oil) inşasına cəlb olunan "SOCAR Construction" şirkəti tapşırığı vaxtında başa çatdırıb.
Fins.az xəbər verir ki, bu məlumat, SOCAR-ın sosial media səhifəsində paylaşılıb.
"Azərbaycanlı mütəxəssislərin belə bir məsuliyyətli layihədə iştirak etməsi qürurvericidir",- məlumatda deyilir.