Siyasət

23 Fevral

“Azərişıq” daha bir rayonda elektrik enerjisi şəbəkəsini yeniləyir

“Azərişıq” ASC ölkənin hər yerində olduğu kimi Ağstafa rayonunda da elektrik enerjisi şəbəkəsinin yaxşılaşdırılması işlərini həyata keçirir.

Fins.az xəbər verir ki, bu dəfə rayonun Poylu kəndinin elektrik enerjisi təsərrüfatı yenilənib.
Sakinlərinin müraciətləri nəzərə alınaraq kəndin girişində yerləşən və uzun müddətdir istismar olunan köhnə transformator yenisi ilə əvəz olunub, yeni kabellər çəkilib.
Ağstafa Elektrik Şəbəkənin rəisi Rüfət Həsənov kənd sakinlərinə bildirib ki, rayon elektrik enerjisi şəbəkəsinin yenilənməsi işləri bundan sonra da davam edəcək. Onun sözlərinə görə, bu istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq.
Xatırladaq ki, “Azərişıq” hazırda “Azərişıq Qarabağda” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunu yeniləməkdədir.