Siyasət

22 Fevral

Azərbaycanın bu zavodunda sürtkü materiallarının alınmasında yeni xammaldan istifadə olunacaq 

Təcrübə-Sənaye Zavodunda yeni nəsil sürtkü materiallarının alınmasında xammal kimi alfa-olefin əsaslı oliqomerlərdən istifadə olunması məqsədəuyğun hesab edilib.

Fins.az xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən "Etilen-Polietilen" zavodunda istehsal zamanı yan məhsul kimi alınan izobutan-izobutilen fraksiyasının YT Parkda tətbiqi nəzərdə tutulub.

Bu məqsədlə texnoparkda ilk mərhələdə istehsal həcmi 10-20 litr olan pilot qurğusunun quraşdırılması və tədqiqatların aparılması planlaşdırılır. Alınmış oliqomerlər əsasında sürtkü materiallarının sınaq partiyaları əldə olunacaq. Bu nümunələrdə müsbət nəticələr alınarsa növbəti mərhələdə lazımi miqdarda alfa-olefin əsaslı oliqomerlərinin sintezinə imkan verən yarımsənaye qurğusunun layihələndirilməsinə və quraşdırılmasına başlanılacaq.