Ötən ay Azərbaycandan 9,39 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 3,05 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında ixrac olunan 63,24 min ton kimya məhsullarının dəyəri 8,98 milyon dollar təşkil etmişdi.