Siyasət

20 Fevral

Elektrik enerjisinin ixracı azalıb

Yanvar ayında ölkədən 8 milyon 404,85 min kilovat/saat elektrik enerjisi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadla xəbər verir ki, ixrac edilən elektrik enerjisinin dəyəri 350 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvarında Azərbaycandan 152 milyon 149,79 min kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 7 milyon 697 min dollar təşkil etmişdi.