Siyasət

20 Fevral

Yanvarda ölkədən metanol ixrac edilməyib

Ötən ay Azərbaycandan metanol ixrac olunmayıb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ilin yanvarında ölkədən dəyəri 3 milyon 948,3 min ABŞ dolları olmaqla 39 min 483,6 ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə dəyəri 51 milyon 186,2 min dollar olmaqla 471 min 233 tondan çox metanol ixrac edilmişdi.