Siyasət

20 Fevral

Azərbaycanın neft ixracından nə qədər gəlir əldə edib?-MƏBLƏĞ

2021-ci ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 4 milyon 14 min 270,28 ton neft məhsulları ixrac edib.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $1 milyard 359 milyon 732,8 min dəyərində neft ixrac edilib (azalma 30,6%).

Yanvarda ixracın ümumi strukturunda neftin payı 83,73% təşkil edib.

“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar ayında Azərbaycan neftinin bir barelinin orta qiyməti $45,16 təşkil edib.

DGK-nin məlumatına görə, hesabat dövründə 2 milyon 151 min 121,59 ton ($719 milyon 119,13 min məbləğində) və ya bütün neft ixracının 53,6%-i İtaliyanın payına düşüb.

Yanvarda ölkələr üzrə neft ixravının strukturu:

Ölkə

Həcm

(ton)

Qiymət

(min, $)

İtaliya

2 151 121,59

719 119,13

İspaniya

416 933,91

137 817,11

Ukrayna

339 389,10

111 480,59

Hindistan

297 197,55

107 694,11

Çin

277 516,67

102 592,36

Xorvatiya

187 115,67

61 850,91

İsrail

91 778,99

31 220,83

Rumıniya

84 633,08

30 555,63

Portuqaliya

83 381,74

29 630,22

Avstraliya

54 975,82

20 884,24

Tunis

29 783,94

6 786,90

Türkiyə

442,22            100,77