Çində avtomobil benzini ilə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.
Fins.az xəbər verir ki, bahalaşmaya səbəb dünya bazarında xam neft qiymətlərinin artmasıdır. Komissiyanın qərarına əsasən, fevralın 19-dan etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 275 yuan (42,6 ABŞ dolları) və 265 yuan (41 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib. Bu, Çində cari ildə yanacağın 3-cü qiymət artımıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.