Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub.
Nazirlər Kabinetindən fins.az-a verilən məlumata görə, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib. Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.