Siyasət

19 Fevral

Sənayenin bu bölməsində 56,1 mln manatlıq məhsul istehsal edilib

Cari ilin yanvarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 56,1 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən fins.az-a verilə məlumata görə , ay ərzində metallurgiya sənayesində 8,1 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 24,9 faiz azalma müşahidə edilib.

Yanvar ayında sahə üzrə 2 min 511,5 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.