ABŞ Prezidenti Co Bayden administrasiyası Şimal Axını 2-yə görə Rusiya ilə əlaqəli yalnız "az sayda" təşkilatlara qarşı sanksiya tətbiq edilməsini təklif edəcək.
Eyni zamanda, Ağ Ev, çox güman ki, Alman şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyəcəkdir.
Fins.az xəbər verir ki, Reuters-ə məlumatlı mənbələrdən verilən məlumata görə, yeni prezidentin rəhbərliyi Almaniya da daxil olmaqla Avropa müttəfiqləri ilə münaqişə vəziyyətində olmaq istəmir.
Agentliyin həmsöhbətlərinin dediklərinə görə, keçmiş ABŞ prezidenti Donald Trampın administrasiyası son həftələrdəki işlərində Alman şirkətlərinə qarşı sanksiya tətbiq etməyə hazırlaşırdı, lakin onun vaxtı çatmadı. Xüsusilə, Şimal Axını 2-in icraçı direktoru Matthias Warnig -ə qarşı sansiyalar tətbiq edilməli idi.
Bayden adminstrasiyası bununla bağlı hesabatını 16 dekabr çərşənbə axşamı Konqresə təqdim etməli idi. Bunu adminstrasiya 19-u cümə gününə təqdim edilməsi şərti ilə təxirə salmışdı.
Qeyd edək ki, Şimal Axını 2 layihəsi, Rusiya ilə Almaniya arasında Baltik dənizinin dibi boyunca bir qaz kəmərinin birləşdirilməsini nəzərdə tutur. Amerika Birləşmiş Ştatları boru kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün təhlükə yaratdığını iddia edir. Rusiya bu ittihamları rədd edir.
Müəllif: Aynur Qəniyeva