"eManat" terminallarında "Azəriqaz"ın "Zenner NFC" kart ödənişləri ilə bağlı nasazlıq yaranıb.
"Modenis" şirkətindən ("eManat" ödəmə terminallarının operatoru) fins.az-a verilən məlumata görə, hazırda yaranan nasazlığı aradan qaldırılması istiqamətində işlər aparılır.
"Yaranan nasazlıq "eManat" terminalları ilə əlaqədar deyil. Vətəndaşların ödəniş etdiyi məbləğ "Zenner NFC" kartına qaytarılacaq",- şirkətdən bildirilib