Siyasət

18 Fevral

İlham Şaban: Neftin qiymətinin artımı klimatik faktorlarla bağlıdır

Neftin qiymətinin artımı klimatik faktorlarla bağlıdır.

Fins.az xəbər verir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban son günlər neft qiymətlərinin artmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, ilin əvvəlindən neftin qiymət artımı müşahidə olunur. Fevral ayında neftin 60 dollardan baha ticarət olunduğu müşahidə edildi. Artıq bu gün 65,5 dollara ən baha neft partiyası satılıb. Şimal yarımkürəsində  görünməmiş soyuq hava şəraiti müşahidə edilir. Bu da enerjiyə tələbatı artırıb. Bundan başqa neftin belə qədər sürətli bahalaşması ABŞ -ın neft hasil edilən Texas, Oklahoma kimi cənub ştatlarında havanın hərarəti birdən -birə 18-20 dərəcəyə qədər düşdü. Qeyd edim ki, fevral ayında adətən bu  ştatlarda kifayət qədər isti hava müşahidə edilir.

İlham Şaban temperaturun aşağı düşməsinin enerji tələbatını artırdığını qeyd edərək,"Bu şəraitdə  gündəlik 2 milyon bareldən çox şist neftinin,1 milyon barel ənənəvi neftin hasilatı dayandırıldı. ABŞ da həmin hasilatı bərpa etmək mümükün olmaması neft hasilatı 3 milyon bareldən artıq azalması ilə nəticələndi. Bu da neftin qiymətini yuxarı itələyir. Neftin qiymətinin artımı klimatik faktorlarla bağlıdır."-deyə bildirib. 

Müəllif:Aynur Qəniyeva