Siyasət

15 Fevral

Sumqayıt Kimya Sənaye Parkının rezidenti rebrendinq edib

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Universal Packing Industry” MMC adını “Upi-Universal Packing Industry”yə dəyişib.

Fins.az bu barədə şirkətə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən kommersiya qurumu 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkət Sumqayıtda Çin, İtaliya, Türkiyə və Rusiya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə etməklə Azərbaycanda məişət təyinatlı malların qablaşdırılmasında istifadə olunan qofre karton, diplomat zərf, fayl və başqa bu kimi məhsulların istehsalını həyata keçirir.