Siyasət

12 Fevral

OPEC Qazaxıstanda builki maye karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı proqnozunu dəyişməyib.

Bu barədə fins.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,71 barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza uyğundur.

Qeyd edilir ki, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,71 mln. barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 110 min barel azdır.

(c)APA