Siyasət

11 Fevral

"Azərişıq” Şamaxıda yeni yarımstansiya inşa edəcək

"Azərişıq” ASC Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən mövcud 35/0,4 kV-luq yarımstansiyanın əvəzinə tikilən 35/10 kV-luq yeni yarımstansiyada avadanlıqların quraşdırılması işlərinin satın alınması məqsədilə podratçı seçir.

Fins.az  xəbər verir ki,seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə zəruri texniki və maddi imkanları olan şirkətlər iştirak edə bilər. Tenderdə iştirak haqqı – 900 manatdır.

Şirkətlərdən tender təklifləri 12 mart saat 16:00-dək qəbul olunur. Tender proseduru 15 mart saat 16:00-da baş tutacaq.

Əlaqə telefonu: 440-39-93 (daxili 92-19).

Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.