Siyasət

21 Yanvar

Türkiyə 2023-cü ilə qədər silah ixracatını 10 milyard dollara çatdırmağı planlaşdırır

Müdafiə Sənayesi Departamentinin rəisi İsmail Demir bildirib ki, Türkiyə 2023-cü ilə qədər hərbi-sənaye kompleksindəki dövriyyəni 27 milyard dollara, silah ixracatı həcmini isə 10 milyard dollara çatdırmaq niyyətindədir

Fins.az xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayımlayıb.

İstanbulda keçirilən müdafiə sənayesi ilə bağlı üçüncü iclasda çıxış edərək, Türkiyənin müdafiə sektorunun idxal əvəzetmə səviyyəsi nə qədər yüksək olarsa, xarici siyasətinin bir o qədər müstəqil olacağını vurğulayıb.

Dəmir son illərdəki proseslərin xarici tədarüklərdən asılı olmayan güclü bir ordunun vacibliyini vurğulayıb.

O,"Hələ 2002-ci ildə Türkiyə böyük ölçüdə silah ixracatına bağlı ölkələrdən biri idi. Ancaq bu gün Ankara ehtiyaclarını daxili istehsal hesabına təmin edir. Hədəfimiz, kritik texnoloji müdafiə sahələrində xarici tədarüklərdən asılılığı aradan qaldırmaqdır" deyə qeyd edib. 

Onun sözlərinə görə, son illərdə Türkiyədə ümumi həcmi 60 milyard dollar olan 700-dən çox müdafiə layihəsi həyata keçirilib.

Müəllif: Aynur Qəniyeva