Siyasət

05 Yanvar

Neft Fondu satdığı dolların məbləğini AÇIQLAYIB

Bakı, 5 Yanvar Fins.az 

637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayımlayıb 

Məlumata görə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin dekabr ayı ərzində 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb.​​

ARDNF hazırda valyuta hərraclarında valyuta satışının əsas mənbəyidir.

Daha əvvəl bildirildiyi kimi, 2019-cu ildə ARDNF valyuta hərraclarında 6 milyard 593,86 milyon dollar həcmində xarici valyuta satıb (2018-ci ilə nisbətən 2,1%  artım ).