Bakı 05 yanvar 2021-ci il Fins.az
Küveyt iki yeni neft yatağı kəşf etdiyini açıqlayıb. Açıqlamada, aşkar edilmiş yataqların ölkənin şimal bölgəsinə strateji əhəmiyyətli sahələrdə olduğu bildirilib.
Küveyt Neft və Su Naziri Məhəmməd əl-Faris iki yeni neft yatağının kəşf edildiyini açıqlayıb.
Faris jurnalistlərə bildirib ki, birincisi Küveytin şimal-qərb hissəsində, ikincisi isə ölkənin şimalındadır.
Küveytli nazir yeni kəşf olunan neft yataqlarının ölkənin şimalına strateji əhəmiyyətə malik olmasını vurğulayıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Küveytin neft hasilatı normal olaraq gündə təxminən 2.8 milyon barelə çatır.