2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 994 min 934,41 ton neft məhsulları ixrac edib.
Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-noyabr aylarında Azərbaycandan $271 milyon 470,01 min dəyərində bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,08%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə bəyan edilmiş neft məhsullarının ixracı miqdar ifadəsində 17,2% artıb, dəyər ifadəsində 32,5% azalıb.
2019-cu ildə Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub.