Almaniyanın xarici işlər naziri Heiko Maas RND-ə verdiyi açıqlamada, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi ilə əlaqədar olaraq Şimal Axını 2 qaz kəmərinə yanaşmasını dəyişdirmək niyyətində deyil.
Fins.az xəbər verir ki, Baydenin 20 yanvar tarixində planlaşdırılan andiçmə mərasimi ilə əlaqədar olaraq, "Federal hökumət Şimal Axını 2-yə münasibətini dəyişdirməyəcək" deyə o qeyd edib.
"Gələcəkdə yalnız Vaşinqtonun istədiklərini edəcəyimizi başa düşsək, Avropa suverenliyindən danışmamalıyıq" deyib nazir.
Almaniya və ABŞ arasında bir sıra mövzularda fikir ayrılığının davam edəcəyini və hər iki ölkənin əsas strateji və geosiyasi məsələlərdə "ortaq xətt" ə əməl etmələrinin vacib olduğunu qeyd edib.
Avropalı inşaat şirkətləri tərəfindən Şimal Axını 2 qaz kəmərinin inşası bir il əvvəl ABŞ-ın növbəti il üçün hərbi büdcəsinin qəbulundan sonra dayandırılıb. Qanunvericilər podratçılara dəniz magistralının çəkilməsinə dair xidmətlər göstərməsinə qadağa qoyub.
Qeyd edək ki, bu günə qədər təxminən 2,460 km qaz kəmərinin 2300 km-dən çoxu (yəni% 94-ü) çəkilib.