Siyasət

25 Dekabr

Petkim rəhbərindən SOCAR-la BP-nin Türkiyədəki birgə layihəsinin taleyi barədə AÇIQLAMA

Bakı 25 dekabr Fins.az

Texniki işlər bitəndən  sonra partnyor tərəfindən də aydınlıq gətiriləndən sonra bu layihə təkrar SOCAR tərəfindən dəyərləndirləcək.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”-in baş direktoru Anar Məmmədov 2020-ci ilin  maliyyə nəticələri barədə məlumat verərəkən bildirib.

O bildirib k, SOCAR və BP Türkiyədə “Merkuri” neft-kimya kompleksinin inşası layihəsi Petkim-in layihəsi deyil SOCAR Türkiyənin layihəsidir. Petkim bəlkə gələcəkdə iştirakı ola bilər amma bu günə qədər layihə SOCAR Türkiyə tərəfindən idarə edilir. Bu gün texniki işlərimiz davam edir. Buna pandemiyanın da təsiri oldu.

Anar Məmmədov həmçinin qeyd edib ki, birinci işlər bir az yavaşladı bu vəziyyətə görə, ikinci olaraq bizim potensial portnyorumuz BP şirkəti neft kimya sahəsindən tamamilə çıxdı. Bütün neft kimya zavodlarını və təsislərini satdı. Bunun da bu layihəyə təsiri necə olacaq bu gün çox bəlli deyil. Bunu biz gələn il görəcəyik. Texniki işlər bitəndən  sonra partnyor tərəfindən də aydınlıq gətiriləndən sonra bu layihə təkrar SOCAR tərəfindən dəyərləndirləcək.

Müəllif: Aynur Qəniyeva