"STAR" -ın dizaynında bizim üçün ən yaxşı neft növü İran neftidir. Amma bu il bəlli səbəblərə görə, biz İran neftini gətirə bilmirik.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”-n baş direktoru Anar Məmmədov 2020-ci ilin maliyyə nəticələri barədə məlumat verərəkən bildirib.
O qeyd edib ki, ona görə də biz başqa alternativləri dəyərləndiririk. Bu xam neft sırasında Qazaxısatan nefti də, Tunis nefti də, Misir də var. Biz 20-dən çox növ xam nefti STAR-da gətirdik və işlətdik. STAR-da WCC neftinin qəbulu mümükün deyil. Bizim qurğularımız buna uyğun deyil. Gələn il də burda dəyişiklik olmaycaq. Biz biz WCC neftini qəbul edə bilməyəcəyik.
Müəllif: Aynur Qəniyeva