Yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 4 tondan çoxu gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 91,3 kiloqram təşkil edib.