Siyasət

21 Dekabr

Neft ixracı azalıb

Bakı 21 dekabr Fins.az

Yanvar-noyabr aylarında Azərbaycandan 26 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən bildirilib ki, bu göstərici ötən ilin 11 ayına nisbətən təxminən 2,5 milyon ton, yəni 8,8 faiz azdır.

Neft-kondensatın 24,8 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.