Siyasət

16 Dekabr

Azərbaycana "Aİ-95" benzininin idxalı oktyabrda azalıb, "Aİ-98"in artıb

Bakı 16 dekabr Fins.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 41,961 mln. ABŞ dolları dəyərində 70 958,13 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

APA-n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, təkcə oktyabr ayında ölkə 3,634 mln. dollar dəyərində 5 786,06 ton "Premium" markalı avtomobil benzini gətirib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 29,2%, həcm ifadəsində isə 36,6% azalıb.

Cari ilin ilk 10 ayında Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub.  Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 57,9%-i məhz Rusiyanın payına düşüb. Yanvar-oktyabrda Azərbaycan Rusiyadan 24,380 mln. dollar dəyərində 41 066,75 ton "Aİ-95" markalı benzin idxal edib.