16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası videokonfrans formatında keçiriləcək.
Fins.az xəbər verir ki,tədbirin birinci günündə iclas prosedur məsələləri nəzərdən keçiriləcək, ikinci gün isə "Hərkəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçiriləcək.
Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edəcək.