Siyasət

15 Dekabr

Bakı və Ankara Naxçıvana təbii qaz tədarükü üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayacaq

Bakı 15 dekabr   Fins.az

Çərşənbə axşamı Azərbaycan və Türkiyə Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarükü üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayacaq. Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat verir.

“Memorandum bu gün saat 16:00-da Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyində nazir Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında imzalanacaq. Sənəd Türkiyənin İqdır vilayətindən qazın NMR-ə tədarükünü nəzərdə tutur. SOCAR və BOTAS-ın üzərinə bu layihənin reallaşdırılması ilə bağlı öhdəlik qoyulub”, - nəşr qeyd edir.

Fins.az xəbər verir ki,nəşrin məlumatına görə, təbii qazın Naxçıvana fasiləsiz tədarükü Qarabağın işğaldan azad edilməsi ilə birlikdə NMR-nin iqtisadiyyatını dircəldəcək.

“İqdır-Naxçıvan qaz kəməri ilə nəql olunacaq qaz bu regionun cari tələbatını təmin edə biləcək. Qeyd edilən layihə sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərlərindən sonra bu, Türkiyə ilə Azərbaycan arasında yeni boru kəməri olacaq”, - məlumatda qeyd olunur.

Ümumi uzunluğu 160 km təşkil edən İqdır-Naxçıvan qaz kəmərinin tikinti məsələsi fevralın 25-də Bakıda Rəcəb Tayyp Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunub.

Türkiyə prezidenti bəyan edib ki, bu layihənin reallaşdırılması Naxçvanın qaz təchhizatını mühüm dərəcədə yüngülləşdirəcək.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə ümumi sərhədə malik deyil və İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Hazırda NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-nin enerji təhlükəsizliyi üçün Naxçıvana ikitərəfli qaz verilməsi məqsədəuyğundur: İrandan və Türkiyədən.