Siyasət

02 Dekabr

Pərviz Şahbazov OPEC+ görüşündə iştirak edəcək

Bakı, 02 dekabr Fins.az

Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin 12-ci görüşündə iştirak edəcək.

Fins.az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat xidməti məlumat verir ki, Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan OPEC+ ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3dekabr tarixinədəyişdirilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da OPEC+ ölkələri nazirlərininmüzakirələrində iştirakı gözlənilir

Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən“Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.