Siyasət

26 Noyabr

“Azəriqaz” güzəştli limit həddini keçən abonetlərin sayını AÇIQLAYIB

2020-ci ilin 10 ayının iqtisadi göstəricilərinə görə noyabr ayının birinə olan məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

Fins.az xəbər verir ki, bu da say etibarı ilə 223 599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.