Enerji Nazirliyindən bildirilib ki, Azərbaycan qazının Avropaya ticari tədarükü 2020-ci ilin sonunda başlayacaq.
"Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul etdi. Görüşdə Azərbaycan ilə İtaliya arasındakı münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi və enerji sektorundakı əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib.Trans- Bu əməkdaşlığın vacib elementi olan İtaliya və digər Avropa istehlakçıları üçün Adriatik Qaz Boru Kəməri (TAP) layihə kommersiya fəaliyyətinə hazırdır və Azərbaycan qazının Avropaya ticari nəqli bu ilin sonunda başlayacaq ", - deyə nazirlikdən bildirilib.