Bakı, 23 noyabr Fins.az
Enerji Nazirliyinin məlumatına görə Qazaxıstan, Türkmənistan qazı hesabına paytaxt Nur-Sultanın qazlaşdırılması imkanlarını nəzərdən keçirir.
Enerji Nazirliyindən Elektron Hökumət portalında yayımlanan materiallarda "Türkmənistan qazı ilə əlaqədar olaraq məlumat verdik ki, hazırda bu məsələ ilə bağlı bir qərar verilməyib, Türkmənistan tərəfi ilə danışıqlar aparılır" deyə qeyd olunub
İdarədən bildirilib ki, paytaxtın qazlaşdırılması Qazaxıstan qazı hesabına həyata keçiriləcək.
"2021-ci ildə, Sarıarka qaz kəməri ilə təxminən 300 milyon kubmetr həcmində qazın verilməsi planlaşdırılır", - nazirlik əlavə edir.
Sentyabr ayında Qazaxıstan hökumətinin başçısı Askar Mamin Türkmənistana səfəri zamanı Qazaxıstanın daxili bazar üçün Türkmənistan qazının alınması imkanlarını nəzərdən keçirdiyini bildirib.