Bakı, 20 noyabr Fins.az
Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 mlrd. manat ümumi pul vəsaiti daxil olmuşdur ki, bunun da 2,8 mlrd. manatı (68,3 %) daxili bazarın, 1,3 mlrd. manatı (31,7 %) isə xarici bazarın payına düşür..
Fins.az xəbər verir ki, iclasda bildilirb ki, 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 mln. manat və ya 17% azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunmuş, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb.
S. Qasımov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulamışdır ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılmış və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunmuşdur. Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olaraq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunub.
Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib