Bakı, 20 noyabr Fins.az
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib.
Fins.az xəbər verir ki,Rövnəq Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd etmiş, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışmış, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulamışdır. Sonra şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim etdib.
Hesabatda bildirilir ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir. Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olmuşdur ki, bunun da 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür.