Bakı, 19 noyabr Fins.az
Enerji Nazirliyindən fins.az-az verilən məlumata görə, Şahdəniz yatağından Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 30 iyun 2018 - 1 noyabr 2020-ci il tarixləri arasında tədarükü təxminən 7,6 milyard kubmetr təşkil edib.
Fins.az xəbər verir ki, məlumatda bildilir ki, TANAP-ın istismara verilməsindən bəri və 1 noyabr 2020-ci ilədək bu boru kəməri ilə təqribən 7,6 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. 2020-ci ilin yanvar-oktyabr aylarında bu boru kəməri ilə qaz təchizatı 3,7 milyard kubmetr təşkil etmişdir.
Xəbər verildiyi kimi, SOCAR-a görə, 2020-ci il iyun ayının sonundan etibarən TANAP üzərindən illik qaz tədarük həcmi Türkiyə üçün 6 milyard kubmetr təşkil edəcək. Bundan əlavə, 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə başlayacaq.
SOCAR, TANAP Türkiyə qaz boru kəmərinin Türkiyənin qaz ehtiyacının 12% -ni ödəyəcəyini proqnozlaşdırır.