Bakı, 19 noyabr Fins.az
2020-ci ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib.
Fins.az xəbər verir ki, bu barədə Energetika nazirliyi məlumat yayımlayıb
Məlumata görə,qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub.
Müəllif: Aynur Qəniyeva