Bakı, 19 noyabr Fins.az
Respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Fins.az xəbər verir ki,hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır. Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Müəllif: Aynur Qəniyeva