Siyasət

18 Noyabr

“SOCAR Methanol” metanol istehsalını 14% artırıb

Bakı, 18 noyabr Fins.az 

“SOCAR Methanol” MMC 2020-ci ilin yanvar-oktyabr aylarında 411,7 min ton metanol istehsal edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, cari ilin yanvar-oktyabr aylarında "SOCAR Methanol" 411,7 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 14,2% çoxdur. Noyabrın 1-nə müəssisənin anbarında 10 min ton hazır məhsul olub.

2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.

Müəllif: Aynur Qəniyeva