Bakı, 18 noyabr Fins.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 46,219 mln. ABŞ dolları dəyərində 87 749,98 ton aviasiya yanacağı ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 48,8%, həcm ifadəsində isə 39,6% azdır.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə ən çox aviasiya yanacağı Əfqanıstana göndərilib. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 20,53 mln. dollar dəyərində 48 911,63 ton aviasiya yanacağı tədarük edib ki, bu da dəyər ifadəsində 58,9%, həcm ifadəsində isə 43,11% azdır.
Bu ilin doqquz ayında Azərbaycandan aviasiya yanacağı idxal edən ölkələrin reytinqini hazırlanıb:
# |
Ölkə |
Həcm, ton |
Həcmin dinamikası, % |
Məbləğ, mln. dollar |
Məbləğin dinamikası, % |
1 |
Əfqanıstan |
48 911,63 |
-43,1 |
20,5 |
-58,9 |
2 |
Lüksemburq |
21 040,38 |
-22,2 |
12 |
-24,7 |
3 |
Ukrayna |
3 526,95 |
8,9 |
2,67 |
15,9 |
4 |
Rusiya |
3 236,89 |
-48 |
2,5 |
-49,3 |
5 |
Türkiyə |
2 229,3 |
-67,1 |
1,8 |
-67,4 |
6 |
Almaniya |
1 935,01 |
-41,3 |
1,5 |
-41,7 |
7 |
BƏƏ |
1 691,69 |
-55,2 |
1,3 |
-55,5 |
8 |
Qətər |
701,74 |
-23,3 |
0,6 |
-24,4 |
9 |
Çin |
637,1 |
-29,7 |
0,5 |
-24,9 |
10 |
Hindistan |
588,23 |
19,3 dəfə |
0,4 |
30,6 dəfə |
© APA