Siyasət

16 Noyabr

Bakı-Tbilisi-Ceyhan üzrə əməliyyat xərclərinin həcmi AÇIQLANIB

2020-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar xərclənib.

Fins.az xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 milyon tondan artıq (3,52 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4595 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
 
İlk üç rüb ərzində isə BTC vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib.
 
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.