İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 35 milyon dollardan artıq, əsaslı xərclər isə 8 milyon dollardan artıq olub.
Fins.az CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
İlin ilk 9 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,6 milyon kubmetr olmuşdur.