Siyasət

13 Noyabr

Azərbaycanda avtomobil yanacağının satışları 1,5% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil yanacağının (benzin və dizel) satışından əldə edilən gəlirlər 1 708,7 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,5% və ya 26 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu isə, illik müqayisədə 0,2 faiz bəndi azdır.