ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,01 milyon barel azaldıb, 2020-ci il üçün proqnozu isə 0,71 milyon barel səviyyəsində saxlayıb.
EIA-nın məlumatına görə, cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,77 milyon barel, II rübdə 0,7 milyon barel həcmində olub, III rübdə 0,67 milyon barel, IV rübdə 0,69 milyon barel (oktyabr proqnozu - 0,7 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA Azərbaycanda 2020-ci il üçün neft hasilatı üzrə proqnozu 0,71 milyon barel səviyyəsində saxlayıb.
EIA ümumlikdə, 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatının 0,73 milyon barel təşkil edəcəyini gözləyir, bu da oktyabr proqnozundan 0,01 milyon barel azdır.
Bununla yanaşı, EIA gələn ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatının 0,71 milyon barel (oktyabr proqnozu - 0,72 milyon barel), II rübdə 0,73 milyon barel, III-IV rüblərdə 0,74 milyon barel təşkil edəcəyini gözləyir.
2021-ci ilin II-IV rüblərində ölkədə gündəlik neft hasilatı üzrə proqnoz dəyişməz olaraq qalıb.
EIA qeyd edir ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 milyon barel təşkil edib.