Siyasət

05 Noyabr

Türkiyə Qara dənizdəki qaz yatağında kəşfiyyat qazma işlərinə başlayır

Türkiyənin Fatih tədqiqat gəmisi, Qara dənizdəki Türkali-1 kəşfiyyat quyusunda işlərə başlayıb.

Fins.az xəbər verir ki, Dönmez bildirib ki, hazırlıq işlərindən sonra Türkali-1 quyusunu qazmağa başladıq.

Qazma işlərinin 75 gün davam edəcəyi qeyd olunur. 19 sentyabr tarixindən etibarən Fatih gəmisi təmir və zəmanət üçün Türkiyənin Qara dəniz limanı Zonguldakdadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qara dənizin Türk sektorunda 405 milyard kubmetr ehtiyata sahib böyük bir qaz yatağının aşkarlandığını elan etmişdi.

Qara dəniz yataqlarından Türkiyənin qaz paylama şəbəkəsinə qaz tədarükü 2023-cü ilə planlaşdırılır.

Müəllif: Aynur Qəniyeva