Siyasət

04 Noyabr

Yunanıstan TAP kəməri üzrə hərracların keçirilməsinə başlayıb

Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkəti Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Milli Təbii Qaz Sisteminin yeni birləşdirmə nöqtəsində fasiləsiz təbii qaz çatdırılma gücünün paylanması üçün ilk hərraclara start verib.

Fins.az DESFA-ya istinadən verdiyi məlumata görə, hərraclar PRISMA elektron hərrac platforması vasitəsi ilə aparılır və 2021-ci ilin I, II və III rüblərini əhatə edir.

Məlumata əsasən, ilk hərrac istifadəçilərə ayrılmış bazar həcminin 99,96%-ni əhatə etməklə uğurla başa çatıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.