Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 187,5 milyon manatlıq məhsul istehsal edib
Bakı şəhər Statistika İdarəsindən fins.az-a daxil olan məlumata görə, bu göstərici , əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,6% azalıb.
Qeyd olunur ki,avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 9,4 %artıb. Əvvəlki ilin yanvar- sentyabr aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 39,1% , odsöndürənlərin istehsalı 80,9 faiz, fəvvarə armatur istehsalı 65,0 faiz, mancanaq dəzgahların istehsalı isə 62,9 faiz azalıb.