Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 371,9 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumat yayımlayıb
Məlumata görə bu göstərici əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 5,0 faiz artıb.Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə hörmə üçün hazır beton qarışığının istehsalı 23,0 faiz, asfaltın istehsalı 34,6 faiz, tikinti gipsinin istehsalı isə 6,4 dəfə artıb.
Müəllif: Aynur Qəniyeva