Siyasət

03 Noyabr

“SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi”-nin əməkdaşı xilas edilib

Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki na­sazlıq yaranmış və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərin­liyinə doğru səmtlənib.

Fins.az xəbər verib üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbə­bindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş mü­ra­ciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilmiş və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınmış, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülmüş və ona ilkin tibbı yardım göstərilmişdir.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.