“Azərkosmos” ASC 2020-ci ilin yanvar-sentyabr aylarında peyklərin kommersiya istismarından 30,9 milyon dollar məbləğində gəlir əldə edib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 2% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumat yayımlayıb
Məlumata görə,yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 30 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ 9,1 milyon dollar, Böyük Britaniya 7,8 milyon dollar , Fransa 7,2 milyon dollar , Malayziya 3,9milyon dollar və BƏƏ-yə 948 min dollar ixrac edilib.
Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 89%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.