AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı məhsulun kütləvi istehsalına başlanılıb.
Fins.az xəbər verir ki,bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.
Tam yerli xammal bazası əsasında hazırlanmış “Bağ məlhəmi”nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.